Göygöl rayonunda iki kəndin içməli SU PROBLEMİ 

Göygöl rayonunda iki kəndin içməli SU PROBLEMİ 

Hazırda oxunan: Göygöl rayonunda iki kəndin içməli SU PROBLEMİ 

106022

Göygöl rayonunun Hacıməlik və Mollacəlilli kəndində sakinlərin içməli suya görə xeyli miqdarda borcu yaranıb. Onlara yaranmış debitor borcları ödəmək üçün vaxt verilib. Bu baxımdan həmin yaşayış məntəqələrinə su təchizatı müvəqqəti bərpa olunub.

Bunu Bizim.Media-nın yerli bürosuna 7 nömrəli Regional Sukanal İdarəsinin Göygöl Sukanal Sahəsinin müdiri Elşad Məhərrəmov verib.

Onun sözlərinə görə, adı qeyd olunan kəndlərin sakinləri dəfələrlə debitor borcları ilə əlaqədar məlumatlandırılsalar da onu ödəmək istəməyiblər:

“Hacıməlik qəsəbəsində 312 abonentin cəmi 43-ü xidmət haqlarını ödəyir. Xidmət haqqını ödəməyən 269 evdən içməli suya görə aktiv abonentlərin 55 789 manat, passiv abonentlərin isə 17 389 manat borcları yaranıb. Anoloji vəziyyət Mollacəlil kəndinə də aiddir. 416 abonentdən cəmi 56-sı xidmət haqqını ödəyir.

Digər 360-dan isə aktiv abonenlərin  65 278 manat, passiv abonentlərin 6389 manat debitor borcları yaranıb” deyə E. Məhərrəmov əlavə edib.

İdarə rəisinin sözlərinə görə, 4 gün müddətinə iki kəndə içməli suyun verilməsi kəsildikdən sonra yalnız 1600 manata yaxın borc ödənilib.

“Kəndlərin sakinləri ilə növbəti dəfə görüşüb danışdıq. Onlara ayın sonuna qədər debitor borclarından ödəmələri tələb olundu. Əgər ödənişlər olmazsa bu kəndlərə suyun verilməsi yenidən dayandırılacaq” deyə idarə rəisi bildirib.
E. Məhərrəmovun sözlərinə görə, kənd sakinləri arasında nümunəvi abonentlər də vardır ki, onlar ödənişləri vaxtında edirlər.

“Bəs kəndə suyun verilməsi dayandırılanda bu abonentlər necə olur?” sualına isə o, belə cavab verib:

“Onlar fərdi qaydada su daşıyan maşınlarla içməli su ilə təmin edilir və bu məqsədlə 18 tonluq su maşınları ayrılıb”.

Məlumat üçün qeyd edək ki, adı qeyd olunan iki kəndə içməli suyun verilməsi 4 gün dayandırılmışdı.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO