Sahibə Qafarova Mərakeş Krallığının Nümayəndələr Palatasının sədri ilə görüşüb - FOTO 

Sahibə Qafarova Mərakeş Krallığının Nümayəndələr Palatasının sədri ilə görüşüb - FOTO 

Hazırda oxunan: Sahibə Qafarova Mərakeş Krallığının Nümayəndələr Palatasının sədri ilə görüşüb - FOTO 

105951

ASEAN Parlamentlərarası Assambleyasının 43-cü Baş Assambleyasında iştirak etmək məqsədilə Kamboca Krallığında səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 23-də Mərakeş Krallığının Nümayəndələr Palatasının sədri Raşid Talbi El Alami ilə görüşüb. 

Bu barədə Bizim.Media-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Bildirilib ki, Nümayəndələr Palatasının sədrini salamlayan spiker Sahibə Qafarova, cari ilin iyun ayında Bakıda keçirilən Qoşulmama Hərakatının Parlament Şəbəkəsinin birinci konfransı çərçivəsində Raşid Talbi El Alami ilə görüşünü məmnunluqla xatırlayıb.  

Spiker Sahibə Qafarova bildirib ki, sədr olaraq, hazırda Parlament Şəbəkəsinin digər parlamentlərarası təşkilatlarla əməkdaşlığını genişləndirməyə çalışır.

Həmçinin üzv parlamentlərin nümayəndə heyətlərinin formalaşdırılması üzərində işlər davam edir. Görüşdə qeyd olunub ki, xalqlarımız arasında ortaq dini və mədəni köklər ölkələrimiz arasında əlaqələrdə də mühüm rol oynayır. Ölkələrimiz arasında münasibətlərin inkişafında parlamentlərarası əməkdaşlığın xüsusi yer tutduğunu qeyd edən spiker Sahibə Qafarova deyib ki, hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyət göstərməsi məmnunluq doğurur.
Mərakeş Krallığının Nümayəndələr Palatasının sədri Raşid Talbi El Alami cari ildə Azərbaycana səfərindən məmnunluğunu bildirib, ölkəmizdə gördüyü inkişaf prosesləri barədə xoş təəssüratlarını bölüşüb. 

O, Azərbaycanın Parlament Şəbəkəsinə sədrliyini uğurlu hesab etdiklərini və hər cəhətdən dəstəklədiklərini bildirib. 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO