Qubada

Qubada "Kənd təsərrüfatında innovasiyalar" sərgisi keçirildi - FOTO 

Hazırda oxunan: Qubada "Kənd təsərrüfatında innovasiyalar" sərgisi keçirildi - FOTO 

105738

Qubada "Kənd təsərrüfatında innovasiyalar" mövzusunda sərgi keçirilib.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, sərgi Quba rayon İcra Hakimiyyəti ilə Quba regional Qeyri-Hökumət Təşkilatlarının Təlim və Resurs mərkəzinin birgə təşkilatçılığı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının dəstəyi ilə reallaşıb. 

Tədbirdə Quba rayon İcra Hakimiyyətinin rəhbərliyi, Şimal bölgəsi rayonlarının, eləcə də respublikanın digər bölgələrinin fermerləri və Quba rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Sərginin gedişində Quba İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev çıxış edərək ölkədə və rayonda ərzaq təhlükəsizliyi sahəsində görülən işlərdən danışıb. 

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Anar Əzimov da dövlətin ərzaq təhlükəsizliyi istiqamətində prioritetlərini açıqlayıb. Sərgidə kənd təsərrüfatı məhsulları nümayiş olunub.  

Aytəkin Alxaslı, Bizim Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO