Xaçmazda

Xaçmazda "Narkomaniyaya Yox Deyək!" layihəsi çərçivəsində kikboksinq birinciliyi keçirildi - FOTO 

Hazırda oxunan: Xaçmazda "Narkomaniyaya Yox Deyək!" layihəsi çərçivəsində kikboksinq birinciliyi keçirildi - FOTO 

105563

Xaçmaz rayonunda "Narkomaniyaya Yox Deyək!" layihəsi çərçivəsində kikboksinq idman növü üzrə uşaq, yeniyetmə və gənclər arasında açıq birincilik keçirilib.  

Bizim.Media-nın Şimal bürosunun məlumatına görə, Xaçmaz Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən birincilikdə əvvəlcə Azərbaycanın  Dövlət Himni səsləndirilib.  

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması uğrunda gedən döyüşlərdə canlarından keçən  şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində çıxış edənlər bu cür yarışların keçirilməsinin rayonda kikboksinq idman növünün inkişaf etdirilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıblar. 

Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən yarışda Quba, Qusar və Xaçmaz rayonlarını təmsil edən 6 komandanın tərkibində 150 nəfərdən çox idmançı qalib adı uğrunda mübarizə aparıb.

Müxtəlif çəki dərəcəsində olan idmançılar Beynəlxalq Kikboksinq Təşkilatının qaydalarına əsasən “Lou-Kik” stili üzrə yarışıb. 

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda birinci, ikinci və üçüncü yerləri tutmuş idmançılara Xaçmaz Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplom və medallar verilib. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO