Paytaxtda MARAQLI YÜRÜŞ - Elektromobil və hibrid avtomobillər - FOTO

Paytaxtda MARAQLI YÜRÜŞ - Elektromobil və hibrid avtomobillər - FOTO

Hazırda oxunan: Paytaxtda MARAQLI YÜRÜŞ - Elektromobil və hibrid avtomobillər - FOTO

105255

Bakıda elektromobil və hibrid avtomobillərlə yürüş keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Energetika və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin yaydığı birgə məlumatda bildirilib.

Məlumata görə, elektromobil və hibrid avtomobillərlə yürüşü Ekologiya və Təbii Sərvətlər və Energetika nazirliklərinin təşkilatçılığı, Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə baş tutub.
İştirakçılar yürüşün start götürdüyü Müşfiqabad qəsəbəsi ərazisində ağac əkməklə atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılmasına töhfə veriblər. 

Bildirilib ki, ekoloji təmiz avtomobillərdən istifadənin təşviqinə hədəflənən avtoyürüş Qobustan Hibrid Elektrik Stansiyasına qədər davam edib.

Burada tədbir iştirakçılarına karbon emissiyalarında elektroenergetika sektorunun payı, atmosferə atılan tullantıların azaldılması tədbirləri, elektrik enerjisi istehsalında şərti yanacağa qənaət, enerji səmərəliliyi, bərpa olunan enerji mənbələrindən istifadə kimi istiqamətləri əhatə edən təqdimat nümayiş etdirilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin 10 noyabr 2022-ci il tarixli Qərarı ilə elektromobillər və onların enerji doldurucuları idxal gömrük rüsumundan azad edilib.

Ölkəmizdə ekoloji cəhətdən təmiz elektromobillərin təşviqi ilə bağlı tətbiq edilən bu və digər stimullaşdırıcı tədbirlər ekoloji təmiz avtomobillərə marağın artırılmasına, ətraf mühitə təsirlərin minimuma endirilməsinə, o cümlədən istixana effekti yaradan qaz tullantılarının azaldılması ilə bağlı Azərbaycanın götürdüyü öhdəliklərin yerinə yetirilməsinə öz müsbət töhfəsini verə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO