İrandan Azərbaycanla bağlı təyinat

İrandan Azərbaycanla bağlı təyinat

Hazırda oxunan: İrandan Azərbaycanla bağlı təyinat

10513

Şərqi Azərbaycan vilayətinin valisi Məhəmmədrza Purməhəmmədi İranın Azərbaycanla Ticarətin İnkişafı Komitəsinin sədri təyin olunub.

Bizim.Media İran KİV-ə istinadla xəbər verir ki, bununla bağlı İranın sənaye, mədən və ticarət naziri Əlirza Rəzm Hüseyni müvafiq qərar imzalayıb.
 

MÖVZU İLƏ BAĞLI:

İran “rus ruleti” oynayır – TƏHLİL


Əmrdə bildirilib ki, Cənubi Qafqazda gedən son proseslər, habelə qeyri-neft ixracını maksimum dərəcədə artırmaq və qonşu ölkələrlə əməkdaşlıq səviyyəsini yüksəltmək məqsədilə yaranan imkanlardan optimal şəkildə istifadə edilməsinin zərurəti əsas götürülərək Məhəmmədrza Purməhəmmədi Azərbaycan Respublikası ilə Ticarətin İnkişafı üzrə Qərargahın sədri təyin edilib.

Qərara əsasən, İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Gilan, Zəncan vilayətlərinin rəhbərləri, İranın Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatası, Kooperasiya Palatası, qeyd olunan vilayətlərin Sənaye, Mədən və Ticarət Təşkilatları və digər əlaqədar qurumlar Azərbaycanın azad olunmuş ərazilərinin bərpasında fəal iştirak etmək istiqamətində müvafiq planının hazırlanması və həyata keçirilməsində lazımi səylər göstərəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO