Valyuta bazarındakı vəziyyət necədir?

Valyuta bazarındakı vəziyyət necədir?

Hazırda oxunan: Valyuta bazarındakı vəziyyət necədir?

104731

"Hazırda Azərbaycanın valyuta bazarında sabitlik müşahidə olunur və bu, məzənnə sabitliyini də dəstəkləyir".

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib.

O, həmçinin xatırladıb ki, AMB bu ilin sentyabr ayından yeni pul siyasəti alətlərinin tətbiqinə başlayıb, pul bazarının infrastrukturunu təkmilləşdirib: 

"Məqsədimiz uçot dərəcəsinin depozit faizləri vasitəsi ilə inflyasiyaya təsirini gücləndirməkdir. Bu sahədə artıq müsbət meyillər görürük.

Bazarda aktivliyin artması və burada depozit faizlərinin AMB-nin faizlərinə reaksiyası özünü göstərir. Sentyabr-oktyabr aylarında banklararası bazarda 2,4 milyard manatlıq 208 əqd bağlanılıb ki, bu da tarixi maksimumdur".
"10 ayda bank sektoruna və manata inam əhəmiyyətli şəkildə artıb", - deyə T. Kazımov bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO