Aya QAYIDIŞ: NASA

Aya QAYIDIŞ: NASA "Artemis" missiyasını yola saldı - VİDEO

Hazırda oxunan: Aya QAYIDIŞ: NASA "Artemis" missiyasını yola saldı - VİDEO

104637

ABŞ-nin Milli Aerokosmik Agentliyi (NASA) "Artemis" proqramı çərçivəsində Aya ilk missiyasını yola salıb.

Bizim.Media xəbər verir ki, SLS raket daşıyıcısının uçuşu bu gün səhər saatlarında Florida ştatında başa tutub.

Qeyd olunur ki, daşıyıcı qısa müddət sonra "Orion" kapsulunu Ayın orbitinə doğru yola salacaq.

"Orion" Ayın orbitində 26 gün ərzində iki dövrə vurduqdan sonra geri qayıdacaq.

Xatırladaq ki, "Artemis" missiyasının avqustun sonunda göndərilməsi planlaşdırılsa da, yanacaq sızması ilə əlaqədar uçuş təxirə salınmışdı. Daha sonra sentyabr ayında qasırğa uçuşun baş tutmasına mane olmuşdu.

NASA "Artemis" proqramı çərçivəsində yaxın illər ərzində kosmonavtların Aya uçuşunu planlaşdırır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO