“Laçın şəhəri sürətlə yenidən qurulur. Tezliklə şəhərimiz dağlar qoynunda cənnəti xatırladan məkana çevriləcək”.
Bizim.Media xəbər verir ki, bu fikiləri əslən Laçın rayonundan olan hüquqşünas Ərşad Hüseynov özünün Facebook səhifəsində yazıb və quruculuq işləri ilə bağlı video paylaşıb.
“Bərpa edilən növbəti ev. Rahat və firavan yaşamaq üçün hər şey nəzərdə tutulub. Allah xalqımızı və dövlətimizi qorusun. Şəhidlərimizin ruhu daima şad olsun!”, deyə o, qeyd edib.
Bizim.Media
