Azərbaycanda ümumi daxili məhsul 5%-dən çox artıb

Azərbaycanda ümumi daxili məhsul 5%-dən çox artıb

Hazırda oxunan: Azərbaycanda ümumi daxili məhsul 5%-dən çox artıb

104295

2022-ci ilin yanvar-oktyabr aylarında ölkədə 111,0 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,4 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 9,7 faiz artıb.

ÜDM istehsalının 52,9 faizi sənaye, 7,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,9 faizi tikinti, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3 faizi informasiya və rabitə sahələrinin, 14,0 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,5 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 11032,8 manata bərabər olub.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO