Bakı Limanında növbəti jurnalistika təlimi keçirildi

Bakı Limanında növbəti jurnalistika təlimi keçirildi

Hazırda oxunan: Bakı Limanında növbəti jurnalistika təlimi keçirildi

104285

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, Medianın İnkişafı Agentliyi ilə birgə jurnalistlər üçün “Azərbaycanın Logistika İmkanları. Real vəziyyət və gələcəyə baxış” adlı silsilə sahəvi jurnalistika təliminin növbəti mərhələsi keçirilib. 

Bizim.Media xəbər verir ki, İnteraktiv formada, logistika mərkəzinə səfər və seminarlardan ibarət olan təlimin əsas məqsədi Şərq-Qərb, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhizlərində böyük əhəmiyyət kəsb edən və daha da böyük gələcək vəd edən Azərbaycanın logistik imkanları barədə media təmsilçilərinin dolğun məlumatlanmasını təmin etməkdir. 

Təlim çərçivəsində jurnalistlər ilk olaraq Bakı Limanın “Əsas yük”, “Ro-ro” və “Bərə” terminallarına səfər edərək, ölkəmizdən tranzit keçən yüklərin aşırılması prosesi, əsas daşınma istiqamətləri və növləri, bu prosesdə istifadə edilən texniki avadanlıqlarla bağlı məlumat əldə edib, onları maraqlandıran suallara cavab tapıblar.
Bundan başqa təlim zamanı media təmsilçilərinə Bakı Limanının və  Limanda fəaliyyət göstərən beynəlxalq logistika şirkətlərinin  peşəkar mütəxəssisləri tərəfindən qitələri birləşdirən əsas nəqliyyat dəhlizləri, Avropa ilə Asiyanı birləşdirən “Orta Dəhliz”in əhəmiyyəti və onun inkişafı üçün həm Azərbaycan, həm də dəhlizin keçdiyi digər ölkələrdə icra edilən və edilməli olan layihələrlə bağlı məlumat təqdim edilib.

Eyni zamanda iştirakçılara, “Zəngəzur dəhlizi”nin ölkəmizdən tranzit keçməklə daşınacaq yükün həcminə təsiri, bu dəhlizin istifadəyə verilməsi ilə birlikdə “Orta Dəhliz”in əldə edəcəyi üstünlüklər barədə də məlumat verilib, onların sualları cavablandırılıb.

Təlim çərçivəsində iştirakçılar regionun ilk Yaşıl Limanı olan Bakı Limanında tətbiq edilən müasir elektron sistemlərin yükaşırmaya təsiri imkanları ilə tanış olub, Bakı Limanında ətraf mühitin mühafizəsi üçün həyata keçirilən layihələr barədə məlumat əldə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO