Azərbaycan-Gürcüstan-Türkiyə hərbi əməkdaşlıq formatı inkişaf etdiriləcək

Azərbaycan-Gürcüstan-Türkiyə hərbi əməkdaşlıq formatı inkişaf etdiriləcək

Hazırda oxunan: Azərbaycan-Gürcüstan-Türkiyə hərbi əməkdaşlıq formatı inkişaf etdiriləcək

104258

Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli hərbi əməkdaşlıq formatı inkişaf etdiriləcək. 

Bizim.Media xəbər verir ki, məsələ Tbilisidə səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun gürcüstanlı həmkarı Cuanşer Burçuladze ilə görüşü zamanı müzakirə edilib. 
 
Gürcüstan Müdafiə Nazirliyinin (MN) məlumatına görə, söhbət zamanı tərəflər Gürcüstan və Azərbaycan arasında strateji əlaqələrin dərinləşdirilməsinin, eləcə də Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlıq formatının daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. 
Zakir Həsənovun səfər çərçivəsində Azərbaycan nümayəndə ilə birlikdə Gürcüstanın David Aqmaşenebeli adına Milli Müdafiə Akademiyasını da ziyarət edəcəyi bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO