Abşeronda ƏMƏLİYYAT - Saxta pul hazırlayan şəxs saxlanıldı

Abşeronda ƏMƏLİYYAT - Saxta pul hazırlayan şəxs saxlanıldı

Hazırda oxunan: Abşeronda ƏMƏLİYYAT - Saxta pul hazırlayan şəxs saxlanıldı

104235

Abşeronda saxta pul hazırlayan şəxs tutulub.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən daxil olan məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Xırdalan şəhərində yaşayan Qleb Kulikinin yaşadığı evə baxış zamanı oradan saxta pul hazırlamaq məqsədilə istifadə etdiyi 3 ədəd printer və 25 ədəd 20 manatlıq saxta əsginas aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 204-cü (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə cinayət işi başlanılıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO