Tovuzda qaçırılan 15 yaşlı qız ailəsinə təhvil verildi

Tovuzda qaçırılan 15 yaşlı qız ailəsinə təhvil verildi

Hazırda oxunan: Tovuzda qaçırılan 15 yaşlı qız ailəsinə təhvil verildi

104229

Tovuzda qaçırılan 15 yaşlı qız ailəsinə təhvil verilib.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov deyib.

O bildirib ki, noyabr ayının 11-də 15 yaşlı qızın qaçırılması barədə Tovuz rayon Polis Şöbəsinə müraciət daxil olub. 

Dərhal polis əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirib və müəyyən edilib ki, Şəmkir rayon Kür qəsəbə sakini, 2007-ci il təvəllüdlü A.Qasımova (ad soyad şərtidir) Tovuz rayon sakini, 1994-cü il təvəllüdlü E.Mehdiyev ilə görüşüb, könüllü şəkildə qaçıblar.
Polis əməkdaşları onların yerini müəyyən edərək gənc qızı valideynlərinə təhvil verib. Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO