Ölkəyə 17 kq-a yaxın narkotik keçirmək istəyən kişi və qadın saxlanıldı - FOTO

Ölkəyə 17 kq-a yaxın narkotik keçirmək istəyən kişi və qadın saxlanıldı - FOTO

Hazırda oxunan: Ölkəyə 17 kq-a yaxın narkotik keçirmək istəyən kişi və qadın saxlanıldı - FOTO

10420

Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının sayıqlığı nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

DSX-dən Bizim.Media-ya verilən məlumata görə, yanvarın 29-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar-Gömrük avtomagis­tral yolunun yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində içə­risində 3 nəfərin olduğu yaşıl rəngli Mercedes markalı 10-SU-801 dövlət nöm­rə nişanlı avtomobilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli aparması sərhəd naryadının diqqətini cəlb edib.

Yolun kə­na­rında gizli yerdən bağlama götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edən şübhəli şəxs sərhəd naryadının “dayan” əmrinə tabe olmayaraq qaç­mağa çalışarkən saxlanılıb.

1974-cü il təvəllüdlü Bakı şəhər sakini Məlikov Pərviz Baba oğlu olduğu müəyyənləşdirilən şəxsin əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 8 kiloqram 410 qram narkotik vasitə və psixotrop maddəyə (3 kq 275 qr “metamfetamin” və 5 kq 135 qr “tiryək”) oxşar maddələr aşkar olunaraq götürülüb.

Sərhədçilər tərəfindən P.Məlikovun saxlanılmasını müşahidə edən avto­mo­bildəki digər şəxslər hadisə yerindən qaçıb, Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər Biləsuvar rayonunun Yuxarı Ağalı kəndi ərazisində saxlanılıb, müqavimət göstərən avtomobil sürücüsü gömrük əməkdaşlarının xidməti avtomaşınına ziyan vurub.

Saxlanılan şəxslərin Bakı şəhər sakinləri 1978-ci il təvəllüdlü Həsən­xa­nov Nəbi Yusif oğlu və 1987-ci il təvəllüdlü Süleymanova Elmira Sabir qızı olmaları, N.Həsənxanovun dəfələrlə müxtəlif cinayət hadisələrinin törədilmə­si­nə, o cümlədən narkotik vasitələrin istifa­dəsinə görə məhkum edilməsi müəy­yən­ləşdirilib.

Araşdırma zamanı P.Məlikov və E.Süleymanova törətdikləri cinayət əməlini etiraf edərək əraziyə narkotik vasitəni götürməyə gəldiklərini bildir­iblər.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO