7 boksçumuz beynəlxalq turnirdə qızıl medal qazandı

7 boksçumuz beynəlxalq turnirdə qızıl medal qazandı

Hazırda oxunan: 7 boksçumuz beynəlxalq turnirdə qızıl medal qazandı

104195

Polşanın Keltse şəhərində boks üzrə keçirilən beynəlxalq turnirə yekun vurulub. 

Azərbaycan Boks Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, yarışın sonuncu – final günündə milli komandanın 7 boksçusu rinqə çıxıb. 

Boksçuların hər biri həlledici döyüşü qələbə ilə başa vurub.

Finalda Məsud Yusifzadə (51 kq) Yakub Slominskini (Polşa), Ümid Rüstəmov (57 kq) Patrik Adamusu (İrlandiya), Malik Həsənov (63,5 kq) Roman Samueli (Rumıniya), Nəbi İsgəndərov (67 kq) Pavel Suleçkini (Polşa), Murad Allahverdiyev (80 kq) Andrey Çiryasovu (Moldova), Alfonso Dominqes (86 kq) Klemens Şepanyakı (Polşa) və Məhəmməd Abdullayev (+92 kq) Radoslav Kavjakı (Polşa) məğlub edərək çempion tituluna yiyələnib. 

Beləliklə, 16 ölkənin iştirakı ilə təşkil olunan yarışa 13 boksçu ilə yollanan milli turniri 7 qızıl və 4 bürünc medalla başa vurub. Yığma bu göstərici ilə kişilərin yarışında komanda hesabında birinci olub. 
Millinin aktivinə bürünc medalları isə Ruslan Qədirov (57 kq), Sərxan Əliyev (71 kq), Eldar Quliyev (86 kq) və Rauf Rəhimov (92 kq) yazdırıblar.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO