İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının yeni tərkibi təsdiqləndi – SƏRƏNCAM  

İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının yeni tərkibi təsdiqləndi – SƏRƏNCAM  

Hazırda oxunan: İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının yeni tərkibi təsdiqləndi – SƏRƏNCAM  

103966

İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının yeni tərkibi təsdiq edilib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi və “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3547 nömrəli Sərəncamının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 mart tarixli 2535 nömrəli Sərəncamında dəyişiklik edilməsi Sərəncam imzalayıb. 

Sərəncamla Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının aşağıdakı tərkibi təsdiq edilib: 

Azərbaycan Respublikası maliyyə nazirinin müavini 

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini 

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini 

Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi siyasət məsələləri sektorunun müdiri. 

Əvvəl isə İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının tərkibi aşağıdakı kimi idi: 

İlqar Fəti-zadə
– Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini 

Elnur Əliyev – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini 

Anar Əliyev – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini 

Vadim Xubanov – Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini 

Kamil Heydərov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin Monetar və fiskal siyasət məsələləri sektorunun müdiri. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO