Məşhur futbolçular hansı klublara transfer ediləcək? – Məxfi informasiyalar yayıldı

Məşhur futbolçular hansı klublara transfer ediləcək? – Məxfi informasiyalar yayıldı

Hazırda oxunan: Məşhur futbolçular hansı klublara transfer ediləcək? – Məxfi informasiyalar yayıldı

10389

Futbol dünyasında transferlər haqqında məxfi məlumatlar yayılıb. 

Vəziyyət o yerə gəlib ki, klublar ciddi dəyişikliklər etmək qərarına gəlib. Hətta bəzi klubların futbolçuları dostlarını öz klubuna gətirmək üçün inandırmağa çalışıb. 

“PSJ”nin hücumçusu Kilian Mbappe də bu məsələyə qarışıb. “Leyster siti” Vatfordla ingilis Nataniel Çalobahı almaq istədiyini bildirib.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, “Leyster siti” Arsenalın mərkəz müdafiəçisi Eynsli Meytlandi almaq üçün çalışsa da “Southampton”, “Vest Brom” və “Nyukasl” da 23 yaşlı futbolçunu almaq istəyib.  
 

MÖVZU İLƏ BAĞLI:

Məşhur futbolçu Raşford irqi istismara məruz qaldı


“Liverpul” xorvatiyalı Duje Kaleta Karı almaq üçün danışıqlara başlayıb. 

“Danimarkalı mərkəz müdafiəçisi Kristian Eriksen “Tottenhem”ə getdiyi söylənsə də “İnter”də (Milan) qala bilər”. İtaliya klubunun icraçı direktoru açıqlamasında bildirib.

“PSJ” “Real Madrid”in müdafiəçisi, ispan əsilli Serxio Ramosu yayda almaq qərarına gəlib. 
Dayot Upamecano iki ingilis klubu və “Bayern Münhen”in arasında qalıb.

Kilian Mbappe “Tottenhem”in müdafiəçisi Tanguy Ndombeleni Parisin “PSJ” klubuna gəlməsi üçün inandırmağa çalışıb. 

“Vest Brom” türkiyəli müdafiəçi Okay Yokuşçunu almaq istədiyini mətbuatda açıqlayıb. 

Vüqar Ağamalıoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO