Xatun qəhərləndi:

Xatun qəhərləndi: "Anam dedi ki, Nazpərini də toya dəvət elə, ürəyi açılsın” - VİDEO

Hazırda oxunan: Xatun qəhərləndi: "Anam dedi ki, Nazpərini də toya dəvət elə, ürəyi açılsın” - VİDEO

103656

“Elə insanlar var ki, onlar üçün can yandırırsan, amma arxanca işlər görürlər. Qardaşım Balaşın vəfatından sonra ya batacaqdım, ya da qalxacaqdım. Hamı deyirdi ki, Xatuna nə olacaq?”.

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva qonaq olduğu “Xəbər-ətər” verilişində deyib.

Noyabrın 28-də oğlu Adilin toyunun keçiriləcəyini açıqlayan sənətçi bildirib ki, onun anası Xalq artisti Nazpəri Dostəliyevanı məclisdə qonaqlar arasında görmək istəyir.

Bu sözlərdən sonra Xatun qəhərlənsə də, göz yaşlarına hakim çıxıb.

“Bu dərdi yaşayan başqa sənətkarlarımız da var. Onların da səhnəyə qayıdışı tamaşaçılar tərəfindən müsbət qarşılanır. Fevral ayında qardaşımı itirdik, mart ayında isə Nazpəri Dostləliyevanın oğlu Əli dünyasını dəyişdi.
Nazpəri xanımın səhnəyə qayıdışını alqışlayıram. Onun bu addımından stimul alıram. Həyat davam edir. Nəvələr var. Nazpəri xanım illərlə əziyyət çəkib. Anam mənə dedi ki, Nazpəri xanımı da oğlunun toyuna dəvət elə. O da gəlsin, ürəyi açılsın (qəhərlənir)”.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO