Bu qış Azərbaycana kimlər gələcək? – Hazırlıqlara BAŞLANDI

Bu qış Azərbaycana kimlər gələcək? – Hazırlıqlara BAŞLANDI

Hazırda oxunan: Bu qış Azərbaycana kimlər gələcək? – Hazırlıqlara BAŞLANDI

103641

Azərbaycanda hazırda 3 qış turizm mərkəzi fəaliyyətdədir.

Qusarda “Şahdağ”, Qəbələdə “Tufandağ”, Naxçıvan MR-də “Ağbulaq” qış xizək mərkəzlərində ənənəvi olaraq turistləri qəbul etməyə hazırlıq işləri aparılır.

Bu barədə Dövlət Turizm Agentliyinin mətbuat katibi Gülnar Mustafayeva özəl olaraq Bizim.Media-ya açlqlama verib:

"Ölkəmizdə qış mövsümü hava şəraitindən asılı olaraq 10-15 dekabr tarixlərində başlayır və mart ayının sonlarınadək davam edir.

Dövlət Turizm Agentliyi tərəfindən beynəlxalq sərgi və tədbirlərdə ölkəmizin qış turizm imkanları haqqında daimi olaraq təbliğat və marketinq işləri aparılır. Şahdağ, Tufandağ və Ağbulaq kimi qış turizm destinasiyalarının təbliği əsas marketinq istiqamətləri sırasındadır.
Qış turizm destinasiyalarına daha çox MDB ölkələri və Yaxın Şərq regionundan turistlər üz tuturlar. Bu istiqamətdə Avropa bazarından da turistlərin cəlb edilməsi istiqamətində işlər aparılır.

Bu ilin sentyabr ayında Azərbaycanın turizm imkanlarının Avropada tanıdılması məqsədilə Azərbaycan Turizm Bürosu tərəfindən Polşa və Çexiyada təqdimatlar keçirilib. Varşava, Krakov və Praqada tərəfdaşlarla əməkdaşlıq əlaqələrini genişləndirmək məqsədilə keçirilən tədbirlərdə Azərbaycandan turizm sənayesini təmsil edən 15-dək turizm şirkəti iştirak edib və yerli sənayə nümayəndələri ilə Polşa və Çexiyanı təmsil edən turizm şirkətləri arasında B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçirilib.

Polşalı turistlər hazırda Avropanın qış idman bazarının əsas iştirakçılarıdır və onların ölkəmizdəki qış idman kompleksləri barəsində məlumatlılığının artırılması üzrə marketinq işləri genişləndiriləcək.

Həmçinin Avropa ölkələrində Azərbaycanın turizm potensialının tanıdılması və əməkdaşlıq imkanlarının artırılması məqsədilə 10-13 oktyabrda İsveçrənin Sürix, Avstriyanın Vyana, həmçinin Almaniyanın Münhen və Frankfurt şəhərlərində təqdimatlar təşkil edilib.

Həmçinin 7-9 noyabrda Azərbaycan nümayəndə heyəti ənənəvi olaraq dünya turizm sənayesini bir araya toplayan Londonda keçirilən Dünya Səyahət Bazarı sərgisində (“World Tourism Market”) iştirak edib.
Sərgidə Azərbaycanı “Azərbaycan Hava Yolları” QSC, “Şahdağ” Turizm Mərkəzi, həmçinin hotel qrupları və turizm şirkətləri daxil olmaqla ümumilikdə 19 nümayəndə təmsil edib”.

Dövlət Turizm Agentliyinin rəsmisi onu da qeyd edib ki, Yaxın Şərqdən də qış mövsümündə turist axınının təmin edilməsi üçün tədbirlər davam etdirilir:

“Bu ilk dəfə olaraq bu il “Flynas” hava yolu şirkəti həftədə 3 dəfə olmaqla Səudiyyə Ərəbistandan – Ər-Riyad şəhərindən qış mövsümü ərzində ölkəmizə uçuşlar həyata keçirəcək. Əlbəttə, tələbə əsasən digər hava yollarının da cəlb edilməsi planlaşdırıla bilər."

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO