Bilal Əliyev: “İzləyicilər elə düşünür ki, “TikTok”a acından ölməmək üçün giririk” - VİDEO

Bilal Əliyev: “İzləyicilər elə düşünür ki, “TikTok”a acından ölməmək üçün giririk” - VİDEO

Hazırda oxunan: Bilal Əliyev: “İzləyicilər elə düşünür ki, “TikTok”a acından ölməmək üçün giririk” - VİDEO

103575

Xalq artisti Bilal Əliyev sosial şəbəkələrdən söz açıb. 

Bizim.Media xəbər verir ki, sənətkar qonaq olduğu “Həmin Zaur” axşam şousunda “TikTok” sosial şəbəkə platformasında izləyiciləri ilə davaya çıxmasından danışıb.  

B.Əliyev bildirib ki, “TikTok”a pul qazanmaq üçün deyil, orada izləyicilərə fikirlərini çatdırmaq üçün daxil olur. 

“Vətənimizi namusumuz, qeyrətimizlə xidmətində durmaq üçün sosial şəbəkələrə üz tuturuq. Orada lazım olan fikirlərimizi insanlara çatdırırıq. Amma bəzi insanlar elə düşünür ki, sosial şəbəkələrə acından ölməmək üçün ora üz tuturuq. Xeyr elə bir şey yoxdur. Ona görə də məcbur oldum, bununla bağlı açıqlama verim. Darıxdığım üçün sosial şəbəkələrə girmirəm.“TikTok”da 40 minə yaxın izləyicim var. Orada hər gün konsert verirəm”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO