İsrailin baş naziri Yair Lapid bazar günü bildirib ki, onun rəhbərlik etdiyi Yeş Atid partiyası növbədənkənar parlament seçkilərində uduzduqdan sonra heç bir halda yeni hökumətə qoşulmayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı İsrail mətbuatı yayıb.
O, müxalifətə keçəcəyini və hakimiyyət uğrunda mübarizəni davam etdirəcəyini deyib.
Xatırladaq ki, İsrail Mərkəzi Seçki Komissiyası Knessetə (parlamentə) noyabrın 1-də keçirilmiş növbədənkənar seçkilərinin yekun nəticələrini açıqlayıb. Keçmiş baş nazir Benyamin Netanyahunun "Likud" partiyası 120 yerlik parlamentdə 32 yer alaraq birinci yeri tutur.
Hazırkı baş nazir Yair Lapidin partiyası ikinci yerdədir və 24 mandat alacaq. Sonrakı yerdə 14 mandatla İtamar Ben-Qvir və Bezalel Smortiçin bloku, ardınca 12 mandatla hazırkı müdafiə naziri Benni Qantsın bloku gəlir. Aviqdor Libermanın "İsrail Evimiz" partiyası altı mandata sahibdir.
Lapid müxalifət lideri Netanyahuya zəng edərək onu qələbəsi münasibətilə təbrik edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
22:06 / 06.11.2022
İsrailin baş naziri müxalifətə keçir
Hazırda oxunan: İsrailin baş naziri müxalifətə keçir
Hazırda oxunan: İsrailin baş naziri müxalifətə keçir
103133
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.