Konqresmen peyvənddən sonra koronavirusa yoluxdu

Konqresmen peyvənddən sonra koronavirusa yoluxdu

Hazırda oxunan: Konqresmen peyvənddən sonra koronavirusa yoluxdu

10300

ABŞ Nümayəndələr Palatasının üzvü Stiven Linç COVID-19-la bağlı peyvənd olmasına baxmayaraq koronavirusa yoluxub.

Bizim.Media bildirir ki, bu barədə CNN xəbər verib.

Konqresmenin mətbuat katibi Molly Rose Tarpinin sözlərinə görə, Linçə Pfizer / BioNTech peyvəndi vurulub.

Bildirilir ki, konqresmen ABŞ Prezidenti Co Baydenin 20 yanvarda keçirilən andiçmə mərasimindən əvvəl ikinci doz peyvənd alıb.

Tarpi peyvənddən sonra siyasətçidə COVID-19 əlamətlərinin olmadığını, özünü yaxşı hiss etdiyini söyləyib. Lakin sonradan virusla bağlı verdiyi testə müsbət cavab gəlib.

Stiven Linçin karantinə alınacağı və uzaqdan işləyəcəyi bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO