Oğuzda Vətən Müharibəsi qəhrəmanı doğum günündə anıldı - FOTO

Oğuzda Vətən Müharibəsi qəhrəmanı doğum günündə anıldı - FOTO

Hazırda oxunan: Oğuzda Vətən Müharibəsi qəhrəmanı doğum günündə anıldı - FOTO

102487

Vətən Müharibəsi qəhrəmanı Nail İbrahimli adına Oğuz şəhər 3 nömrəli məktəb-liseyin müəllim və şagird kollektivi bu gün şəhid məzun Elman Babayevin əziz xatirəsini ehtiramla yad edib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına əsasən, məktəb kollektivi Şəhidlər Xiyabanını ziyarət edərək, şəhidin məzarı önünə gül dəstələri düzüb, ailəsi ilə görüşüb.

Məktəb-liseyin direktoru Elxan Bilalov şəhidin keçdiyi şərəfli döyüş yolu haqqında ətraflı məlumat verib. Sonra şagirdlər şəhidə həsr olunmuş kompozisiya təqdim edib.  

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Elman Babayev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində savaşıb.

Elman Babayev sentyabrın 29-da Murovdağ döyüşlərində qəhrəmancasına vuruşaraq şəhid olub. Oğuz Şəhidlər Xiyabanında canını uğrunda qurban verdiyi Vətən torpağına əmanət olunub.Ailəli idi, 2 övladı bizlərə yadigar qalıb. 
Şəhid Elman Babayev  "Vətən uğrunda",  "Kəlbəcərin azad olunmasına görə", “Hərbi xidmətlərə görə” və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO