Daha 3 idman qurumunun federasiya statusu əlindən alındı - SƏBƏB

Daha 3 idman qurumunun federasiya statusu əlindən alındı - SƏBƏB

Hazırda oxunan: Daha 3 idman qurumunun federasiya statusu əlindən alındı - SƏBƏB

102469

Azərbaycanda daha 3 idman qurumunun federasiya statusu dayandırılıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunlar Əlil Arabasında Qılıncoynatma Federasiyası, Motosiklet İdmanı Federasiyası və Miks Martial Arts Federasiyası ictimai birlikləridir. Amma hansı səbəbdən həmin 3 idman federasiyasının fəaliyyətinin dayandırıldığı məlum deyil. 

Bunu aydınlaşdırmaq üçün Gənclər və İdman Nazirliyinə müraciət etdik. 

Bizim.Media
-ya açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev bildirir ki, sözügedən 3 idman federasiyasının fəaliyyətinə ilk növbədə sənədlərin qaydasında olmaması səbəbindən xitam verilib:
 

MÖVZU İLƏ BAĞLI:

Aparat rəhbəri Nazirlər Kabinetində yüksək vəzifəyə təyin olunub - YENİLƏNİB


“Son 3 idman federasiyanın statusunun dayandırılması daha çox sənədlərin qaydasında olmaması ilə bağlıdır. Bəzilərinin fəaliyyətlərinin normalara uyğun olmaması, nöqsanların aşkarlanması da həmin federasiyaların fəaliyyətinin dayandırılmasına səbəb olub”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO