Azərbaycanda koronavirusla bağlı vəziyyət stabildir - Nazirlik

Azərbaycanda koronavirusla bağlı vəziyyət stabildir - Nazirlik

Hazırda oxunan: Azərbaycanda koronavirusla bağlı vəziyyət stabildir - Nazirlik

102466

Koronavirus pandemiyası başlayandan bəri xəstələrin sayı hazırda ən aşağı səviyyədədir. 

Bizim.Media xəbər verir ki, bunu çərşənbə günü Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov nazirliyin rəsmi "İnstagram" hesabında canlı yayımda çıxışı zamanı deyib. 

O qeyd edib ki, ölkədə koronavirusla bağlı vəziyyət stabildir. 

"Bəzən xəstəliyi yüngül keçirənlər xəstəxanaya müraciət etmir və statistika real rəqəmi tam göstərmir. Amma vəziyyət normaldır. Koronavirusun yeni mutasiya olunmuş ştamları meydana gələ bilər. Bunun necə olacağı məlum deyil. Ona görə də beynəlxalq təşkilatlar pandemiyanın bitdiyini hələ elan etməyib", - deyə o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO