Sumqayıt Teatrının aktyorları maaşsız qalıb – Mədəniyyət Nazirliyi isə RƏSMİ CAVABDAN qaçır - ÖZƏL

Sumqayıt Teatrının aktyorları maaşsız qalıb – Mədəniyyət Nazirliyi isə RƏSMİ CAVABDAN qaçır - ÖZƏL

Hazırda oxunan: Sumqayıt Teatrının aktyorları maaşsız qalıb – Mədəniyyət Nazirliyi isə RƏSMİ CAVABDAN qaçır - ÖZƏL

102454

Sumqayıt Dövlət Dram Teatrının aktyorları əmək haqlarının gecikməsinə görə Mədəniyyət Nazirliyinə videomüraciət ünvanlayıb. 

Məsələ ilə bağlı teatrla əlaqə saxladıq. Teatrın mətbuat katibi Leyla Şahbalayeva Bizim.Media-ya açıqlamasında bildirdi ki, Sumqayıt Dövlət Dram Teatrında 7 aydan çoxdur ki, direktor vəzifəsi boşdur:

“Bu vəzifəni müvəqqəti olaraq direktor müavini Vidadi Məmmədov əvəz edir. Direktorun olmaması iş prosesinə mənfi təsir göstərir. Həmin mənfiliklərdən biri də maaşların gecikməsidir. Bunun da səbəbi odur ki, pul Teatrın hesabına otursa da ondan istifadə etmək olmur. Çünki, direktor müavininə verilən səlahiyyət müddəti bitib. Gərəkdir ki, bu səlahiyyət müddəti uzadılsın ki, o qol çəksin və teatrın işçiləri maaşlarını alsınlar”.

Mətbuat katibi onu da əlavə etdi ki, teatrda çalışanlar özünüz bilirsiniz ki, əsasən imkansız adamlardır. Onlardan da kimisinin kredit borcu var, kimisi xeyirə-şərə getmək istəyir:

“Gözlərini dikiblər maaşa. Maaş gecikəndə də haqlı narazılıq yaranır. Bizim də xahişimiz və tələbimiz odur ki, direktor müavininə yenə də səlahiyyət verilsin ki, bankda qol çəkmək səlahiyyəti olsun. Biz də maaşımızı alaq”. 

Leyla Şahbalayeva onu da əlavə etdi ki, başqa problem yoxdur:

“Hər kəs öz işi ilə məşğuldur. Gün ərzində bir neçə tamaşa göstəririk. Zəfər Günü ilə bağlı tamaşamızın son məşqləri gedir. Eləcə də, yeni tamaşaların məşqləri gedir. İşdə elə bir problem yoxdur. Problem yalnız əmək haqqlarının gecikməsidir”.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən bildirdilər ki, sorğunuz qəbul edildi, amma rəsmi cavabımız yoxdur. Cavab hazır olanda açıqlama göndərəcəyik.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO