Aysel Fərziyeva AQTA-dan AYRILDI 

Aysel Fərziyeva AQTA-dan AYRILDI 

Hazırda oxunan: Aysel Fərziyeva AQTA-dan AYRILDI 

102425

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədrinin media məsələləri üzrə köməkçisi, qurumun mətbuat katibi Aysel Fərziyeva işindən ayrılıb. 

Bu barədə A.Fərziyeva Bizim.Media-ya məlumat verib.

O bildirib ki, bir neçə gün əvvəl tutduğu vəzifədən öz xahişi ilə ayrılıb:

“Dünəndən artıq AQTA-da çalışmıram. Hələ ki, yeni iş təklifi almamışam. Bir müddət istirahət edəcəyəm”. 

Qeyd edək ki, 2018-ci ildən Qida Təhlükəsizliyi Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri, Qida Təhlükəsizliyi İnstitutu PHŞ-nin İctimaiyyətlə əlaqələr departamentinin müdiri olan jurnalist daha sonra Agentlik sədrinin media məsələləri üzrə köməkçisi vəzifələrində çalışıb. 
Xatırladaq ki, A.Fərziyeva bundan əvvəl Lider TV və ATV-də aparıcı kimi işləyib. AQTA-da çalışdığı dövrdə isə “ARB 24” və Real TV-də bir sıra verilişlərin aparıcısı və layihə müəllifi, eyni zamanda “Süfrə” jurnalının baş redaktoru kimi fəaliyyət göstərib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO