Şimali Koreya Yapon və Sarı dənizlərinə doğru 10 raket atdı

Şimali Koreya Yapon və Sarı dənizlərinə doğru 10 raket atdı

Hazırda oxunan: Şimali Koreya Yapon və Sarı dənizlərinə doğru 10 raket atdı

102370

Cənubi Koreyanın Qərargah Rəislərinin Birləşmiş Komitəsi bildirib ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) bu gün Yaponiya və Sarı dənizlərinə doğru ən azı 10 raket atıb. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Yonhap agentliyi yayıb.

Nəşr qeyd edir ki, Cənubi Koreya ordusu digər detalları açıqlamır.

Bundan əvvəl Yaponiyanın baş naziri Fumio Kişida bildirib ki, Tokio Şimali Koreyanın növbəti raket buraxılışları ilə əlaqədar Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırıb.

Şimali Koreya hakimiyyəti isə qeyd edib ki,  ABŞ və Cənubi Koreya birgə hərbi təlimləri dayandırmasa, qəti addımlar atacaq.

Bu həftə ABŞ və Cənubi Koreya noyabrın 5-dək davam edəcək "Vigilant Storm" adlı birgə hava təliminə başlayıb. Təlimdə 240-a yaxın təyyarə iştirak edəcək, 1,5 mindən çox uçuşun həyata keçirilməsi planlaşdırılır.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO