Türkiyə İsveçin kürd problemi ilə bağlı bəyanatlarını yetərli hesab etmir və ondan real addımlar gözləyir.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik deyib.
İsveçin “Expressen” qəzetinin məlumatına görə, maraqlı məqam odur ki, siyasətçinin açıqlaması İsveçin baş naziri Ulf Kristerssonun Ankaraya səfərindən cəmi bir həftə əvvəl edilib.
Skandinaviya ölkəsinin Xarici İşlər Nazirliyinin rəhbəri İsveçin yeni hökumətinin bu məsələdə “fərqli mövqeyə” malik olması səbəbindən danışıqların uğurla nəticələnəcəyinə əmindir.
"İsveç hökuməti NATO-ya üzvlük ərizəsini təsdiqləmək üçün Türkiyənin irəli sürdüyü tələbləri yerinə yetirməklə bağlı kifayət qədər iş görmür"- deyə Ö. Çelik bildirib.
Siyasətçi qeyd edib ki, İsveçin bəyanatları yaxşıdır, lakin onlar həyata keçirilməyənə qədər kifayət deyil.
Rəsmi Stokholm İsveç və Finlandiyanın Şimali Atlantika Alyansına müraciətləri qarşısında duran maneələri aradan qaldırmaq üçün yeni addımlar atmaq niyyətindədir.
Qeyd edək ki, NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə prezidenti ilə ayrıca görüşmək üçün bu həftə Ankaraya səfəri gözlənilir.
Elvira Murad, Bizim.Media
![Türkiyə İsveçə real addımlar atmağı tövsiyə etdi - Stokholm NATO-ya buraxılmır Türkiyə İsveçə real addımlar atmağı tövsiyə etdi - Stokholm NATO-ya buraxılmır](https://bizim.media/file/articles/2022/11/01/1667323909_photo_2022-11-01_21-23-42.jpg)
- A-
- A
- A+
Dünya
21:30 / 01.11.2022
Türkiyə İsveçə real addımlar atmağı tövsiyə etdi - Stokholm NATO-ya buraxılmır
Hazırda oxunan: Türkiyə İsveçə real addımlar atmağı tövsiyə etdi - Stokholm NATO-ya buraxılmır
Hazırda oxunan: Türkiyə İsveçə real addımlar atmağı tövsiyə etdi - Stokholm NATO-ya buraxılmır
102329
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.