“Bu gün mövcud vəziyyətlə bağlı həll olunmayan məsələlərin həlli yolları tapılacaq” – Putin - VİDEO 

“Bu gün mövcud vəziyyətlə bağlı həll olunmayan məsələlərin həlli yolları tapılacaq” – Putin - VİDEO 

Hazırda oxunan: “Bu gün mövcud vəziyyətlə bağlı həll olunmayan məsələlərin həlli yolları tapılacaq” – Putin - VİDEO 

102111

“Bugünkü görüşün məqsədi 2020 və 2021-ci illərdə əldə etdiyimiz bütün razılaşmaların icrasını təmin etməkdir”. 

Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Soçidə keçirdiyi görüşdə bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev və Putin arasında ikitərəfli görüş KEÇİRİLİR - VİDEO


Putin münaqişənin nizamlanmasında Rusiyanın vacib rol oynadığını bildirib. 

“Siz də dəfələrlə qeyd etmisiniz ki, münaqişənin nizamlanmasında Rusiya vacib rol oynayır. Hazırda sülhməramlı kontingentimiz öz missiyasını yerinə yetirir. Bu gün mövcud vəziyyətlə bağlı danışılacaq, həll olunmayan məsələlərin həlli yollarını axtarıb tapmalı olacağıq.

Bununla əlaqədar, bizim tərəfimizdən yaradılan üçtərəfli işçi qrupu bir çox məsələlərin həllində çox irəli gediblər. Bilirəm ki, Azərbaycan tərəfi bu əsasda aktiv işləyir. Müzakirə edəcəyim məsələlərin dairəsi olduqca böyükdür. Sizi görməyə şadam”, - deyə Putin bildirib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO