Gəncədə Vətən müharibəsi şəhidləri anıldı - FOTO 

Gəncədə Vətən müharibəsi şəhidləri anıldı - FOTO 

Hazırda oxunan: Gəncədə Vətən müharibəsi şəhidləri anıldı - FOTO 

102049

Gəncədə 44 günlük Vətən müharibəsi şəhidləri Bağırov Nurlan İsmayıl oğlu,  Cəfərov Mirmuraz Mirbaba oğlu, Məmmədov Elnur Xurşid oğlu, Namazov Elməddin Nəsib oğlu, Abdullayev Samir İlham oğlu, Əsgərov Rauf Vaqif oğlu, Daşdəmirov Rəvan Məzahir oğlu, Şəfiyev Rəşad Vaqif oğlu, Orucov İsə Razim oğlu və İsgəndərov Bəhruz Abbas oğlunun şəhidliklərinin ikinci ildönümündə məzarları ziyarət edilib, xatirələri ehtiramla yad olunub.  

Mərasimlərdə iştirak edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda şəhadətə ucalmış şəhidlərimizin qəhrəmanlıqlarından danışıb, Azərbaycan xalqına qələbə sevincini yaşadan igidlərimizin xatirəsinin yaddaşlardan silinməyəcəyini vurğulayıblar.
Qeyd olunub ki, şəhidlərin xatirələrinin əbədiləşdirilməsi, onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindəndir və bu məsələlər daim diqqətdə saxlanılır.  

Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və şəhər rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO