Ötən axşam “Bakı Konqress Mərkəz”ində dahi jazzmen Vaqif Mustafazadənin qızı 52 yaşlı Xalq artisti Əzizə Mustafazadənin çoxdan gözlənilən canlı konserti baş tutub.
Bizim.Media xəbər verir ki, anşlaqla keçən musiqi gecəsində Əməkdar artist Bəhram Bağırzadə sənətkarla ünsiyyətdə olub.
Bəhram Əzizəyə yenilənən Bakı ilə bağlı fikirlərini soruşub. Mustafazadənin cavabı isə belə olub.
“Düzünü deyim ki, gəzməyə zamanın olmadı. Çünki diqqətimi bütünlüklə konsert proqramına cəmləmişdim. Sabahdan etibarən 2-3 boş günüm olacaq. İçərişəhərdə gəzmək istəyirəm. Axı bura doğma şəhərimdir”.
Əməkdar artistin sonuncu sualı isə Bakı tamaşaçıları haqqında olub. Xalq artisti “Bakı tamaşaçıları unikaldır. Möhtəşəm tamaşaçı kütləmiz var” cavabını verib.
Qeyd edək ki, Ə.Mustafazadə uzun illərdir ki, Almaniyada yaşayır. Sənətkarın bir oğlu var.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
09:54 / 31.10.2022
Almaniyada yaşayan Əzizə Mustafazadə: “İçərişəhərdə gəzmək istəyirəm” - VİDEO
Hazırda oxunan: Almaniyada yaşayan Əzizə Mustafazadə: “İçərişəhərdə gəzmək istəyirəm” - VİDEO
Hazırda oxunan: Almaniyada yaşayan Əzizə Mustafazadə: “İçərişəhərdə gəzmək istəyirəm” - VİDEO
101975
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.