Rusiyanın dövlət telekanalı olan "Rossiya24" tərəfindən Azərbaycan Respublikasının suverenyliyi və ərazi bütövlüyünə qarşı növbəti təxribat törədilib.
Bizim.Media xəbər verir ki, kanalın oktyabrın 28-də yayımlanan xəbərlər buraxılışında, qondarma qurumun sabiq rəhbəri Bako Saakyanın çıxışı nümayiş etdirilib.
Bundan əlavə, Saakyan “Artsax prezidenti” kimi təqdim edilib.
Verilişin müəllifi, jurnalist Natalya Solovyova Qərbin Vaşinqtonun simasında öz “Qarabağ Azərbaycandır” şərtləri ilə sülh təklif etdiyini bildirir və başqalarının itkiləri ilə (yəni Ermənistan Qarabağsız qalır) hesablaşmayacağından şikayətlənir.
Bundan başqa, süjetdə Ermənistanın baş naziri Nikol Paşinyan prezident adlanır, onlar Qarabağdakı separatçı rejimin “keçmiş rəhbəri”ndən sitat gətirirlər, həmçinin ermənipərəst ekspertlərin çıxışlarını göstərirlər.
Bizim.Media
