Azərbaycan Prezidentinin uzun illər mətbuat katibi vəzifəsini icra etmiş Səlahəddin Quliyev vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Onun uzun müddətdir ki, xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
Qeyd edək ki, Məşhur “91-lər”dən olan Səlahəddin Quliyev 1994-2004-cü illərdə Azərbaycan Prezidentinin mətbuat katibi və mətbuat katibinin müavini vəzifəsində işləyib.
Səlahəddin Quliyev 26 mart 2004-cü il tarixində Azərbaycan Prezidentinin mətbuat katibinin müavini vəzifəsindən azad edilib. O, 2017-ci il 18 noyabr tarixində Prezidentin sərəncamı ilə “Əməkdar jurnalist” adına layiq görülüb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:43 / 29.10.2022
Prezidentin keçmiş mətbuat katibi dünyasını dəyişdi
Hazırda oxunan: Prezidentin keçmiş mətbuat katibi dünyasını dəyişdi
Hazırda oxunan: Prezidentin keçmiş mətbuat katibi dünyasını dəyişdi
101732
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.