Yevlaxda ağır qəza – Ölən və yaralananlar var  

Yevlaxda ağır qəza – Ölən və yaralananlar var  

Hazırda oxunan: Yevlaxda ağır qəza – Ölən və yaralananlar var  

101715

Yevlaxda ağır yol qəzası baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şəhərin Ceyhun Mustafayev küçəsində qeydə alınan qəzada minik maşını idarəetməni itirərək şəhidlər xiyabanının hasarına çırpılıb.

Nəticədə 41 yaşlı Həsən Mirzəyev (şəhid qardaşı olduğu deyilir), 44 yaşlı Rüfət Həmidov hadisə yerində həyatını itirib. Digər 2 nəfər yaralı xəstəxanaya çatdırılıb.

Qəza zamanı zərbənin təsirindən şəhidlər xiyabanının hasarına və giriş qapısına ciddi ziyan dəyib, həmçinin avtomobil tamamilə deformasiyaya uğrayıb.

Faktla bağlı araşdırma başladılıb.

Elgün Gəncimsoy, Bizim.Media Qarabağ bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO