Ombudsmandan erməni vəhşiliyi ilə bağlı dünya ictimaiyyətinə ÇAĞIRIŞ - FOTO

Ombudsmandan erməni vəhşiliyi ilə bağlı dünya ictimaiyyətinə ÇAĞIRIŞ - FOTO

Hazırda oxunan: Ombudsmandan erməni vəhşiliyi ilə bağlı dünya ictimaiyyətinə ÇAĞIRIŞ - FOTO

101447

Ombudsman Bərdə rayonunda Ermənistanın ölkəmizə qarşı törətdiyi sülh və insanlıq əleyhinə çoxsaylı cinayətlərin törədilməsində təqsirkar olan şəxslərin ədalət mühakiməsinə cəlb edilərək cəzalandırılması ilə bağlı dünya ictimaiyyətinə çağırış edib.

Bizim.Media xəbər verir ki, çağırışda deyilir:

“Bu gün Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycanın mülki əhalinin sıx məskunlaşdığı Bərdə rayonunu qadağan olunmuş silahlardan istifadə etməklə atəşə tutmasından 2 il ötür.
Döyüş əməliyyatlarının aparıldığı ərazidən uzaq məsafədə yerləşən Bərdə rayonuna 2020-ci ilin 27-28 oktyabr tarixlərində edilmiş raket hücumları nəticəsində 29 nəfər həlak olub, 112 nəfər yaralanıb, rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Bununla əlaqədar mülki əhali arasında baş vermiş çoxsaylı tələfat, yaralanma və infrastruktur obyektlərinin dağıntılara məruz qalması faktlarına dair Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən faktaraşdırıcı missiya həyata keçirilmiş və müvafiq hesabat hazırlanaraq beynəlxalq təşkilatlara təqdim edilib.

Lakin təəssüflər olsun ki, beynəlxalq humanitar hüquq normalarının tələblərini kobud şəkildə pozmaqla çoxsaylı müharibə cinayətləri törətmiş Ermənistanın hərbi-siyasi rəhbərliyi hələ də beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməyib.
Bir daha dünya ictimaiyyətinə müraciət edərək Ermənistanın ölkəmizə qarşı törətdiyi sülh və insanlıq əleyhinə çoxsaylı cinayətlərin törədilməsində təqsirkar olan şəxslərin ədalət mühakiməsinə cəlb edilərək cəzalandırılmasına dəstək verməyə çağırırıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO