Rusiyada daha bir hərbi komissarlıq yandırıldı

Rusiyada daha bir hərbi komissarlıq yandırıldı

Hazırda oxunan: Rusiyada daha bir hərbi komissarlıq yandırıldı

101226

Rusiyanın Tuva Respublikasının Kızıl şəhərində oktyabrın 26-da naməlum şəxslər hərbi komissarlığın binasını yandırıblar.

Bizim.Media xəbər verir ki, bu informasiyanı yerli Fövqəladə Hallar Nazirliyi yayıb.

“Birinci bölmə gələn zaman binanın pəncərəsi yanıb. Fövqəladə Hallar Nazirliyindən əraziyə 12 nəfər və 3 texnika cəlb olunub”, - deyə nazirlikdən bildirilib.

Hərbi Komissarlığın binasını iki polis qoruyub. Yanğın gecə saat 2 radələrində başlayıb. Bu barədə 60 yaşlı gözətçi məlumat verib. Əvvəlcə pəncərə yanıb, daha sonra alov içəriyə keçib. Yanğın tez bir zamanda söndürülüb. Hadisə yerindən qəsdən yandırmanı göstərən əşyalar - butulkanın parçaları, tibbi maska və yanacağa batırılmış bez parçası aşkar edilib.
Bu, səfərbərlik başlayandan bəri respublikada hərbi komissarlığın ikinci yanğınıdır. Bundan əvvəl Kaa-Xem kəndindəki Kızıl rayon komissarlığını yandırıblar. Səfərbərlik başlayandan indiyədək bütün Rusiya ərazisində inzibati binalara 36 hücum qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO