Bakı-Quba yolu təmirdən sonra nə vaxt istifadəyə veriləcək? - VİDEO

Bakı-Quba yolu təmirdən sonra nə vaxt istifadəyə veriləcək? - VİDEO

Hazırda oxunan: Bakı-Quba yolu təmirdən sonra nə vaxt istifadəyə veriləcək? - VİDEO

100812

Deformasiyaya uğramış Bakı-Quba yolunun yenidən qurulması işləri davam etdirilir.

Bizim.Media xəbər verir ki, yenidənqurma işləri çərçivəsində yolun köhnə örtüyü qazılaraq çıxarılıb və yeni yol yatağı inşa edilib.

Bundan sonra isə asfalt-beton örtüyünün döşənməsinə başlanıb.

Hazırda əsas asfaltlama işləri Bakı-Quba yolunun 77-87-ci kilometrliyində aparılır.

Təmir çərçivəsində yola daha qalın asfalt örtüyü vurulur. Sözügedən hissədə işlərin noyabr ayının sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur.

Asfaltlanma işlərindən sonra yol nişanları qoyulacaq və xətləmə işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, ümumilikdə Bakı-Quba yolunun deformasiyaya uğramış 66 kilometrlik hissəsində təmir işlərinin bu ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulub.

Ətraflı Xəzər TV-nin süjetində:

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO