"Barselona" İspaniya La Liqasında rəqibini darmadağın etdi

Hazırda oxunan: "Barselona" İspaniya La Liqasında rəqibini darmadağın etdi

100788

Futbol üzrə İspaniya La Liqasının 11-ci turunun növbəti oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, Kataloniya təmsilçisi “Kamp Nou” stadionunda keçirilən görüşdə "Atletik Bilbao"nu 4:0 hesabı ilə məğlub edib.

“Barselona”nın heyətində Osman Dembele 12-ci, Serxi Roberto 18-ci, Robert Levandovski 22-ci, Ferran Torres isə 73-cü dəqiqələrdə fərqləniblər.

Bu nəticədən sonra xalını 28-ə çatdıran “Barselona” klubu turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Siyahıya 31 xalla "Real Madrid" başçılıq edir. "Atletiko Madrid" isə 23 xalla 3-cüdür.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO