Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazandı

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazandı

Hazırda oxunan: Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazandı

100767

Azərbaycanın sərbəst güləşçisi Xadjimurad Qadjiyev İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında final görüşünə çıxıb.

Bizim.Media xəbər verir ki, 74 kq çəki dərəcəsində çıxış edən idmançı həlledici görüşdə iranlı Məhəmmədsadiq Firuzpurbandpeylə qarşılaşıb.

Görüş Azərbaycan təmsilçisinin məğlubiyyəti ilə başa çatıb. Qadjiyev gümüş medalla kifayətlənib.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) gümüş, Qurban Qurbanov (72 kq) qızıl, sərbəst güləşçilərdən isə Kənan Heybətov (70 kq) və İslam İlyasov (97 kq) bürünc medal qazanıb.
Qadın güləşçilərdən Nigar Mirzəzadə (65 kq) gümüş medala sahib çıxıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO