"Fitch" Azərbaycanın investisiya reytinqi üzrə proqnozu YAXŞILAŞDIRIB

Hazırda oxunan: "Fitch" Azərbaycanın investisiya reytinqi üzrə proqnozu YAXŞILAŞDIRIB

100574

Oktyabrın 21-də Fiç Reytingz (Fitch Ratings) beynəlxalq kredit reyting agentliyi Azərbaycan Respublikasının uzunmüddətli yerli və xarici valyutada reytinqini “BB+” investisiya səviyyəsində bir daha təsdiq edərək proqnozu “sabit”dən “pozitiv”ə yüksəldib.

Bizim.Media xəbər verir ki, agentliyin hazırladığı hesabatda qeyd olunur ki, Azərbaycanın güclü fiskal mövqeyi, aşağı suveren borcu, yüksək neft və qaz qiymətləri nəticəsində yığılmış iri həcmdə xarici valyuta aktivləri ölkənin reytinq üzrə proqnozunun artırılmasını şərtləndirib.

Agentlik qeyd edib ki, Azərbaycanın güclü fiskal mövqeyi, aşağı suveren borcu, yüksək neft və qaz qiymətləri nəticəsində yığılmış iri həcmdə xarici valyuta aktivləri ölkənin reytinq üzrə proqnozunun artırılmasını şərtləndirib.

Reytinq üzrə proqnozun “sabit”dən “pozitiv”ə yüksəldən agentlik Azərbaycanın xalis suveren aktivlərini 2022-2024-cü illərdə 14,3 faiz bəndi artaraq ÜDM-in 77,6 %-nə çatacağını proqnozlaşdırır ki, bu da reytinq qrupunda ən yüksək göstəricidir.

Agentliyin məlumatında qeyd olunub ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə ÜDM-in 2 %-i həcmində kapital qoyuluşları, habelə yüksək inflyasiya şəraitində artan sosial xərcləri də nəzərə aldıqda, yenilənmiş neft qiyməti proqnozu və qaz qiymətlərinin müəyyən müddət yüksək qalacağı ilə bağlı gözləntilər nəzərə alınaraq 2023-cü ildə icmal büdcənin profisiti son hesabatdan bəri 1,5 faiz bəndi artırılaraq ÜDM-in 6,7 %-nə bərabər olacağı gözlənilir.

Qlobal iqtisadi mühitdə cərəyan edən qeyri-sabitlik və yüksək infilyasiya şəraitində “Fich Reytings” tərəfindən Azərbaycanın uzunmüddətli yerli və xarici valyutada reytinqinin “BB+” investisiya səviyyəsində bir daha təsdiq olunaraq proqnozun “sabit”dən “pozitiv”ə yüksəldilməsi ölkə iqtisadiyyatının dayanıqlıq potensialını nümayiş etdirir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO