Moderator.az - ın müsahibi iqtisadi məsələlər üzrə ekspert Pərviz Heydərovdur:
- İngilis qəzetlərinin birində Azerbaycanın qara qızılı ilə bağlı məqalə olduqca qərəzli bir başlıqla dərc olunub. "Ðx9dефтÑx8fное проклÑx8fтие Ðx90зербайджана". (Azərbaycanın neft lənəti) Burada Azərbaycanın neftdən asılı bir dövlət olduğu qeyd edilib. Sizcə bu gün dünyada baş verən iqtisadi kataklizm burulğanında neftin ümumiyyətlə lənət olduğunu iddia etmək nə qədər doğrudur?
- Azərbaycanın zəngin resursları var. Bunlardan ən mühümü isə neftdir. Hələ 19 - cu əsrdən etibarən burada neft çıxarılır. Keçən əsrin əvvəlindən isə bu sahədə əsl bum başlandı. Lakin bütün bunlara təəssüf ki, Azərbaycan xalqı bilavasitə sahib deyildi. Yalnız keçən əsrin sonuna yaxın - 1990 - cı illərin əvvəllərində ölkə müstəqillik qazandıqdan sonra neftimizə sahib çıxa bildik. Halbuki Bakı öz nefti ilə dünya şirkətlərini və iş adamlarını 19 - cu əsrin ikinci yarısından, eləcə də 20 - ci əsrin əvvəllərindən cəlb etmiş və bir çox xarici şirkətlər burada uğurlu fəaliyyət göstərərək neft hasilatı ilə məşğul olmuşdular. Müstəqillik qazandıqdan sonra Azərbaycanda yeni neft strategiyasının əsası qoyuldu. 1993 - cü ildə Azərbaycanda rəhbərliyə gələn Heydər Əliyevin bilavasitə təşəbbüsü və iradəsi nəticəsində Xəzər dənizində yerləşən “Azəri”x9d, “Çıraq”x9d və “Günəşli”x9d yataqlarının işlənilməsi, o cümlədən hasilatın pay bölgüsü haqqında dünyanın aparıcı şirkətləriylə 1994 - cü ilin sentyabrın 20 - də “Əsrin müqaviləsi”x9d deyilən saziş imzalandı. Bu müqavilə sonradan 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 sazişin imzalanmasına yol açdı. Məhz, “Əsrin müqaviləsi”x9dnin imzalanması nəticəsində ölkəmizə investisiya axınlarına yol açıldı. Həmin illərdə Azərbaycan dövlət büdcəsinin icrası zamanı yaranan kəsiri örtmək üçün BFV və DB-dan kreditlər alırdı. Ölkənin xarici valyuta ehtiyatları haqda hətta anlayış belə yox dərəcəsində idi. İqtisadiyyat bərbad vəziyyətə düşmüşdü. Heç bir istehsal demək olar ki, yox idi. Sovet dövründən qalma sənaye iflic vəziyyətdə idi. Çünki hər şeyə sıfırdan başlamaq tələb olunurdu. Bu isə külli məbləğdə vəsait tələb edirdi. Bir sözlə desək, Azərbaycanı müstəqilliyinin ilk illəri ərzində sosial və iqtisadi tənəzzüldən “Əsrin müqaviləsi”x9d qurtardı. 1996-cı ildən başlayaraq, neftin dünya bazarlarında qiymətinin endiyi vaxtları çıxmaq şərtiylə iqtisadiyyatımız demək olar, hər il artdı, dövlətin maliyyə imkanları fasiləsiz olaraq genişləndi. Buna görə də daxili investisiyaların həcmi xaricini üstələməyə başladı ki, ölkə iqtisadiyyatının müxtəlif sahələrinə ümumi investisiya qoyuluşunun strukturunda dəyişikliklər baş verdi. Neft “bumunun”x9d başlanması və eyni zamanda, adı çəkilən xammalın dünya bazarlarında qiymətinin ildən-ilə yüksəlməsi Azərbaycan hökuməti üçün əsas infrastruktur layihələri - elektrik stansiyalarının tikintisi, asfalt yolların çəkilişi və körpülərin salınması, qazlaşdırma, su təchizatının inkişafı, kanalizasiya və irriqasiya kimi məsələləri özünün maliyyələşdirməsinə yol açdı. Ümumiyyətlə, ölkədə əsas kapitala yönələn xarici investisiyaların artım tempi 2005-ci ildən enməyə başladı. İş o yerə gəlib çatdı ki, Azərbaycan özü xaricə investisiya ixrac etməyə başladı. Ölkədə neft və qeyri-neft sektoru üzrə əsas kapitala yönəldilən investisiyaların artım tempi də ilk dəfə, bundan sonra tarazlaşdı və 2007-ci ildən etibarən, bu sahədə mövcud tendensiya ikincinin xeyrinə dəyişməyə başlandı. Bütün bunlara əsasən, neft amilini ölkəmiz üçün lənət saymaq məntiqli sayıla bilərmi? Bəli, bu gün neftin dünya bazar qiymətləri arzuolunan səviyyədə deyil. Və bu, təkcə Azərbaycana aid deyil. 2014-cü ilin yayından qiymətlər ucuzlaşmaqdadır. Odur ki, ölkənin xarici valyuta gəlirləri iki dəfədən çox azalmışdır. Ancaq məsələ burasındadır ki, Azərbaycan üçün ciddi təşvişə düşməyə ehtiyac yoxdur. Ölkəmizdə neft hasilatı SOCAR-a 12-15 dollara başa gəlir. Sadəcə, xərcləri düzgün təşkil etmək lazımdır. Onsuz da bizdə neft hasilatı enir. Odur ki, yeni hasilat üçün ölkəmizdə də müvafiq investisyalara ehtiyac var. Lakin neft hasilatının real vəziyyəti üçün dünya bazarı qiymətləri təhlükə törətmir. Azərbaycanda “neft bumu”x9d arxada qalıb. Yəni, qiymətlər ucuzlaşmasa da belə, ölkə gələcəyini neftə bağlaya bilməz. Çünki hasilatın pik nöqtəsi arxada ”“ 2010-cu ildə qaldı. Buna rəğmən də ölkədə "Azərbaycan 2020: gələcəyə baxış" adlı İnkişaf Konsepsiyası həyata keçirilir ki, burada iqtisadiyyatın rəqabət qabiliyyətliyinin artırılması hədəfə seçilib. 2020-ci ilə qədər daha sürətlə inkişaf etmək, iqtisadiyyatı modernləşdirmək və ÜDM istehsalını qeyri-neft sektorunun hesabına 2 dəfə artırmaq, biznes mühitini durmadan yaxşılaşdırmaq, mövcud qanunları təkmilləşdirmək, habelə tənzimləmə və insan kapitalından istifadə kimi məsələlərin həlli önə çəkilib. Ümumiyyətlə, neft pullarının insan kapitalına çevrilməsi bir nömrəli prioritet təşkil edir. Çünki rəqabətin təşkili, iqtisadiyyatın şaxələndirilməsinin dərinləşdirilməsi, insan kapitalının yaxşılaşdırılması və yeni iqtisadi artım mənbələrinin yaradılması əlaqəli məsələlərdir. Bütün bu deyilənlər baxımından, neft və ondan əldə etdiyimiz pullar əsas həlledici rol oynayacaq.
- Azərbaycan ötən iqtisadi böhranlardan demək olar ki, maliyyə zərəri olmadan çıxa bildi. Sizcə vüsət alan qlobal iqtisadi böhran burulğanı bu dəfə Azərbaycana necə təsir göstərəcək?
- Doğru buyurursuz: 2008-ci ildə qlobal maliyyə və iqtisadi böhran zamanı neftin 1 barelinin qiyməti 146 dollardan birdən-birə 36 dollara qədər endi. Ancaq məsələ bundadır ki, Azərbaycan çox nadir ölkələrdən oldu ki, bundan itkisiz çıxdı. Belə ki, mövcud makroiqtisadi sabitlik pozulmadı. Dayanıqlıq qaldı. 2014-cü ilin iyun ayından başlanan sonuncu ucuzlaşmanın fərqi isə ondan ibarətdir ki, bu proses tədricən və uzunmüddətli xarakter daşıyır. Bu da daha pis təsiredici əhəmiyyətə malikdir. O səbəbdən də, büdcəsi neftdən asılı olan ölkələr bu dəfə lap çox zərər çəkirlər. Ümumiyyətlə, hazırda dünya iqtisadiyyatının tələbləri başqadır. Belə ki, neftin qiymətinin ucuzlaşmasının hazırda psixoloji həddi 50 dollardan aşağı sayılır, 40 dollar və ondan aşağı rəqəm isə, əksər ölkələr üçün “fəlakət”x9d hesab olunur. Azərbaycanın cari ilin dövlət büdcəsində qiymətin 90 dollar götürülməsinə çaşdırıcı səbəb və amil də məhz bu oldu. Lakin bayaq da qeyd etdik ki, Azərbaycan üçün ciddi təşvişə düşməyə ehtiyac yoxdur. Amma, manatın neftə bağlılığı faktorundan yaxa qutarmaq lazımdır. Yəni, əsas hədəf məhz bundan ibarət olmalıdır. Bunun üçün isə qeyri-neft sektorunun inkişaf etdirilməsi tələb olunur. Yaranmış vəziyyətlə əlaqədar, Azərbaycan hökumətinin ölkədə maliyyə sabitliyini və makrotarazlığı qoruyub saxlamaq üçün əsas hədəfi hələki dövlət büdcəsi gəlirlərində neftin satış qiymətini maksimum 50 dollar nəzərdə tutmaqdır. Ümumən gəlirlərin az olacağına baxmayaraq, bu, ən düzgün qərardır. Cari il üçün isə neft ucuzlaşmasından yaranan itkilərlə bağlı dövlət büdcəsindən ancaq infrastruktur sahələrin maliyyələşdirilməsində məhdudlaşdırmalar ola bilər.
- Bəzi ekspertlərin və müşahidəçilərin iddialarına görə, İran neftin satışına start verdiyi anda, dolların qiymətində yüksək sıçrayış müşahidə olunacaq. Sizcə bu gözləntilər özünü doğrultarsa, bunun manata təsiri necə olacaq?
- Dolların dəyərinin möhkəmlənməsi ilə İranın dünyanın neft bazarına daxil olacağı ayrı-ayrı məsələlərdir. Doğrudur, neft ucuzlaşdıqda ABŞ dolları “bərkiyir”x9d. Lakin İranın bazara daxil olan kimi qiymətlərin daha çox aşağı enəcəyi gözlənilən deyil. Əvvəla, Tehranın bazara istədiyi səviyyədə neft çıxartmağa hələ imkanı yoxdur. İkinci də ki, neft hasilatı ilə məşğul olan şirkətlərin xərcləri vardır. Yəni bazara İran lap maksimum həcmlə daxil olsa da hasilatın xərci var. İri neft hasilatçısı olan şirkətlər sürətlə zərərə gedirlər. Amerikanın ən böyük və ən zəngin neft şirkəti olan Exxon Mobil Corp. mənfəəti II rübdə 52 % aşağı düşüb. Chevron şirkətinin mənfəəti II rübdə kəskin azalıb ”“ şirkət aşağı neft qiymətləri fonunda 2 milyard dollarlıq aktivlərin silinməsi və layihələrin kecikməsi ilə bağlı xərclərinin artması ilə üzləşib. Britaniyanın neft və qaz nəhəngi BP Plc şirkəti, həmçinin digərləri böyük itkilər verib. Bu siyahını uzatmaq da olar. Çünki çıxarılan neftin maya dəyəri ödənilmir, üstəlik əlavə investisiyalar həyata keçirmək mümkün sayılmır. Odur ki, qiymətin 50 dollardan aşağı düşməsini əslində heç də iqtisadi faktorlarla izah etmək olmaz”¦ Sözün qısası, inandırıcı deyil ki, neft 40 dollardan da aşağı düşsün. Mərkəzi Bankın rəhbərliyi də qeyd edib ki, əgər neftin qiyməti 40 dollardan yuxarı ”“ 50 civarında qalarsa, təhlükə törənmir. Yəni, qiymətin 50 dollar civarında olması tədiyyə balansına elə bir ciddi təhlükə yaratmayacaq. Bu da manat üçün ciddi bir ucuzlaşma vəd etmir. Bu mənada, ən azı bu il üçün milli valyutanın məzənnəsində kəskin bir dəyişiklik gözləməyə dəyməz.
- Bir çox iş adamları iddia edir ki, bu gün Azərbaycan daxilində əməlli başlı iqtisadi böhran özünü biruzə verir. Bir ekspert kimi istərdim bu məsələyə aydınlıq gətirəsiz. Bu gün Azərbaycan iqtisadiyyatında nə baş verir və vəziyyət bu qədərmi pisdir?
- Böhran odur ki, kəskin infyasiya baş versin, istehlak bazarında qiymətlər nəzarətdən çıxsın, dövlət büdcəsindən sosial ödənişlərin icrasında çətinliklər yaransın, dövlətin maliyyə ehtiyatları tükənsin, xarici borc səviyyəsi artsın, ÜDM istehsalı dalana dirənsin və sair... Bütün bunlardan Azərbaycan çox-çox uzaq vəziyyətdədir. Düzdür, xarici valyuta gəlirlərimiz azalıb. Mərkəzi Bankın rəsmi valyuta ehtiyatlarının səviyyəsi 7-8 milyard həddində azalıb, Neft Fondunun aktivləri düşüb, manatın dəyəri 1 il əvvəlki ilə müqayisədə 30%-dən çox ucuzlaşıb, ümumən ölkədə iqtisadi aktivlik daralıb, alıcılıq qabiliyyəti enib. Lakin 2015-ci ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərinə əsasən, müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən 32,1 milyard manatlıq və ya ötən ilin müvafiq dövründəkindən 5,6 % çox ÜDM istehsal edilib ki, əlavə dəyərin 35 %-i sənayedə, 12,5 %-i ticarətdə, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahələrində, 13,6 %-i tikinti kompleksində, 5,7 %-i nəqliyyatda, 6 %-i kənd təsərrüfatında, 1,9 %-i rabitədə, 17,2 %-i digər sahələrdə yaradılıb. 2014-cü ilin eyni dövrü ilə müqayisədə əlavə dəyər qeyri-neft sektorunda 9, neft-qaz sektorunda isə 1 % artıb. Bu, nəyi göstərir? Deməli, iqtisadiyyat bir orqanizm olaraq fəaliyyətini normal davam etdirir. Odur ki, büdcə gəlirlərinin icrası da qənaətbəxş vəziyyətdədir. Bir sözlə desək, iqtisadiyyatın sükanı yüksək səviyyədə idarə olunmaqdadır.































































































