Honduras Dövlət Televiziyası “CHTV” və Nikaraquanın Dövlət Televiziyası “TN8”də Azərbaycana həsr edilən veriliş və xüsusi reportaj efirə gedib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Qafqaz-İberoamerika Düşüncə Mərkəzinin sədri Mahir Qurbanov Honduras Dövlət Televiziyasında çıxış edib.
"44 gün davam edən və işğal altında olan Azərbaycan ərazilərin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi Azərbaycan tarixinin ən parlaq səhifəsinə və Azərbaycan xalqının qürur mənbəyinə çevrilib. O cümlədən, bu zəfərlə Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi" – deyə Qurbanov qeyd edib.
O, eyni zamanda Azərbaycanın dini, irqi ayrı-seçkilikdən uzaq olduğunu, tolerant ölkə olduğunu vurğulayıb:
"Bizim ölkədə müsəlman, yəhudi, xristian icmaları var və uzun illərdir ki, birgə yaşayır. Yəhudilərin kompakt şəkildə yaşadığı azsaylı ölkələrdən biri də Azərbaycandır".
Hər iki kanalda həmçinin Azərbaycan reallıqları, Azərbaycan və ispandilli ölkələr arasında görülən işlər və gələcəkdə daha sıx əməkdaşlıq üçün bir sıra layihələrin keçirilməsi, ölkənin iqtisadi inkişafı və Azərbaycanın regionda güclü potensiala sahib olan ölkə olduğu haqqında da bəhs olunub.
Qeyd edək ki, Nikaraqua Dövlət Televiziyasının müxbiri Antenor Penya Solano efirdə: “Bütün Nikaraqua xalqı “Qarabağ - Azərbaycandır” deyir”, - fikirlərini də səsləndirib.
Bizim.Media
"CHTV"
"TN8"