Aparıcıdan Əhməd Cavadın nəvəsinə biabırçı SUAL:

Aparıcıdan Əhməd Cavadın nəvəsinə biabırçı SUAL: "Babanızı görmüsünüzmü?" - VİDEO 

Hazırda oxunan: Aparıcıdan Əhməd Cavadın nəvəsinə biabırçı SUAL: "Babanızı görmüsünüzmü?" - VİDEO 

73004

"Xəbər-ətər” səhər şousunda kuryoz hadisə baş verib. 

Bizim.Media xəbər verir ki, milli istiqlal şairimiz Əhməd Cavadın 130 illik yubileyi münasibətilə təşkil olunan proqramda onun nəvəsi Anar Axundzadə də iştirak edib. 

Lakin verilişin aparıcı Zümrüd Bədəlova qonağa verdiyi sualla özünü gülünc vəziyyətə salıb. Belə ki, o, Anar Axundzadəyə "babanızı görmüsünüzmü?” sualını verib.  

Anar Axundzadə isə bu sual qarşısında təəccübünü gizlətməyərək, "babam 37-ci ildə güllələnib” deyə cavab verib.

Aparıcı bu dialoqun ardınca, "Bir azdan sizə Əhməd Cavad kefi yaşadacağıq. Bu səhər Əhməd Cavad səhəridir” deyib. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO