Xaçmazda “Mercedes” yandı – FHN görüntüləri yaydı - VİDEO

Xaçmazda “Mercedes” yandı – FHN görüntüləri yaydı - VİDEO

Hazırda oxunan: Xaçmazda “Mercedes” yandı – FHN görüntüləri yaydı - VİDEO

67261

Xaçmazın N.Ələsgərov küçəsində avtomobil yanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Xaçmaz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Belə ki, vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin arxa hissəsində baş vermiş yanğın qısa müddətdə söndürülərək yanğının avtomobilin digər hissələrinə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində avtomobilin yük hissəsi və arxa təkərləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Sözügedən yanğının görüntülərini təqdim edirik:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO