İran ərazisindən İsrailin şimal bölgələrinə doğru yeni bir ballistik raketin buraxılışı qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.
Məlumata görə, İsrailin şimalına “Hizbullah” tərəfindən də güclü raket hücumu edilir. “Hizbullah”ın raket atəşi nəticəsində İsrailin şimalında 50 yaşlı bir kişi yüngül yaralanıb, ona tibbi yardım göstərilib.
Baş nazir Binyamin Netanyahu nazirlərə bildirib ki, “müharibə hələ başa çatmağa yaxın deyil”, lakin əməliyyatların tempi planlaşdırılandan daha sürətlə irəliləyir.
Bizim.Media































































































