Binanın zirzəmisi zəbt edildiyindən çıxarış ala bilmirlər - VİDEO

Binanın zirzəmisi zəbt edildiyindən çıxarış ala bilmirlər - VİDEO

Hazırda oxunan: Binanın zirzəmisi zəbt edildiyindən çıxarış ala bilmirlər - VİDEO

599725

Binanın zirzəmisi zəbt edildiyindən sakinlər çıxarış ala bilmirlər.

Bizim.Media xəbər verir ki, söhbət Yasamal rayonu Məhəmməd Xiyabani 77 ünvanında yerləşən binadan gedir. 

Sakinlər bildirirlər ki, binanın zirzəmisi layihədə qaraj olsa da, tanımadıqları şəxslər tərəfindən zəbt edilib.

Sakinlər iddia edirlər ki, qaraj kimi nəzərdə tutulan ərazidə obyektlər fəaliyyət göstərdiyindən bina istismara qəbul edilmir. Bu səbəbdən də onlar yaşadıqları mənzilə çıxarış ala bilmirlər.
 

Məsələni aydınlaşdırmaq üçün sakinlərdən binanın istismara qəbul edilmədiyini təsdiq edən bildirişi tələb etdik. Onlar hələ heç bir rəsmi müraciət etmədikləri üçün əllərində belə bildirişin olmadığı dedilər.


Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO