“Bu səhər bir sıra ABŞ hərbi təyyarələri qəzaya uğrayıb, bütün ekipaj üzvləri sağ qalıb”.
Bizim.Media xəbər verir ki, bu barədə Küveyt Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.
Qeyd edək ki, daha əvvəl Küveytdə ABŞ-a məxsus “F-15” qırıcı təyyarəsinin qəzaya uğramasının görüntüləri yayılıb. İran tərəfi həmin qırıcının vurulduğunu iddia edib. Küveyt Müdafiə Nazirliyinin açıqlaması isə qəzaya uğrayan təyyarələrin sayının daha çox olduğunu sübuta yetirir.
Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb.
İranın raket hücumları təkcə İsraili deyil, həm də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Qətər və İordaniya da daxil olmaqla, ABŞ hərbi obyektlərinə ev sahibliyi edən region ölkələrini hədəf alıb.

Bizim.Media
































































































