İsrail Ordusu (SAXAL) Livana qarşı yeni zərbə dalğasına başlayıb.
Bizim.Media İsrail KİV-ə istinadla xəbər verir ki, hədəflər arasında “Hizbullah” təşkilatına məxsus silah anbarları və Livanın bir neçə rayonunda yerləşən digər infrastruktur obyektləri var.
Qeyd edək ki, gecə saatlarında Hizbullah da İsrailə zərbələr endirib.
Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb.
İranın raket hücumları təkcə İsraili deyil, həm də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Qətər və İordaniya da daxil olmaqla, ABŞ hərbi obyektlərinə ev sahibliyi edən region ölkələrini hədəf alıb.
Bizim.Media
































































































